Trevis Skott

Trevis Skott
ing. Travis Scott
Trevis Skott 2019-cu ildə
Trevis Skott 2019-cu ildə
Ümumi məlumatlar
Doğum adı Jacques Bermon Webster II[6][2]
Ləqəbi
  • La Flame
  • Cactus Jack
  • Travi$ Scott
  • Trav
Doğum tarixi 30 aprel 1991(1991-04-30)[1][2] (33 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 2
Partnyoru
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri, musiqiçi, rejissor, ssenarist, kolleksiyaçı
Fəaliyyət illəri 2008-ci ildən
Janrlar hip-hop[d][2], trep, psixodelik musiqi[d], pop rep[d], pop musiqisi, müasir R&B[d], psixodelik rok, psixodelik rep[d], alternativ hip-hop, alternativ R&B[d]
Musiqi alətləri zərb aləti maşını[d], sintezator, sempler[d]
Albom şirkətləri Grand Hustle Records[d], Epic Records, Cactus Jack Records[d][5], GOOD Music[d]
Təhsili
İmzanın şəkli
travisscott.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991[1][2], Hyuston, Texas, ABŞ[2]) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur.[7]

Trevis 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı cərgələrdə qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb.

Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun ən çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.

Trevis Skott Nike, Dior və McDonald's kimi şirkətlərlə tərəfdaşlıq edib. 2017-ci ildə "Cactus Jack" adlı leybl şirkətinin əsasını qoyub. Don Toliver və Sheck Wes kimi sənətçilər bu şirkətlə müqavilə imzalayıblar. 2021-ci ilin noyabrında Trevis Skottun Hyustonda baş tutan "Astroworld" festivalı faciə ilə nəticələnib. Konsert zamanı yaranan izdihamda 10 nəfər ölüb, çox sayda insan yaralanıb. Trevis bu hadisəyə görə tənqidlərlə üzləşib. O, konserti dayandırmağa cəhd etməməkdə ittiham olunub.[8][9][10]

  1. 1 2 https://www.tmz.com/2018/02/08/stormi-webster-birth-certificate-kylie-jenner-travis-scott/.
  2. 1 2 3 4 5 6 https://hedendaagsesieraden.nl/2024/04/14/travis-scott/.
  3. 1 2 https://web.archive.org/web/20190731134508/https://www.usmagazine.com/celebrity-news/pictures/kylie-jenner-and-travis-scott-relationship-timeline-w505074/hands-on-w505083/.
  4. 1 2 https://www.usmagazine.com/celebrity-news/news/kylie-jenner-travis-scott-split-after-spending-holidays-apart/amp/.
  5. 1 2 https://listen.tidal.com/album/92967282.
  6. https://media.tmz.com/2018/02/08/kylie-stormi-birth-certificate-webster-tmz-3.jpg.
  7. MJD. "Travis Scott albums and songs sales". ChartMasters (ingilis). 2023-08-11. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  8. "Families identify all 8 victims killed in Astroworld Festival: 'We are all devastated'". ABC Eyewitness News (ingilis). November 6, 2021. November 6, 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 6, 2021.
  9. Impelli, Matthew. "Astroworld Death Toll Rises to 9, Family of Bharti Shahani Calls for Justice". MSN (ingilis). November 11, 2021. January 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2021.
  10. Willman, Chris. "9-Year-Old Boy Dies From Astroworld Injuries, Pushing Death Toll to 10". Variety. November 14, 2021. November 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2021.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search